• 03 Dekabr 2024 21:27

Yaxın günlərdə Azərbaycanda güclü zəlzələ gözlənilir? – RƏSMİ AÇIQLAMA

Yaxın günlərdə Azərbaycanda güclü zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA

“Zəlzələ hər gün olur. Elə gün yoxdur ki, müxtəlif sayda yeraltı təkanlar olmasın”.

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, bəzən 15, 30, 40 və ya 60 yeraltı təkan qeydə alınır. İçərilərində istər-istəməz hiss edilən zəlzələlər baş verir. Dünən Kürdəmirdə baş verən zəlzələ çox dərində (52 km) qeydə alındığına görə çox güclü fəsadlara səbəb olmayıb:

“Telefonlara zəlzələ bildirişi göndərən sistemlər avtomatik olaraq təkanların dərinliyini ayrı-ayrı bölgələrdən hesablayaraq ortaq məxrəc çıxarır və  göstərir. Bu düzgün deyil. Dünənki zəlzələ ilə bağlı bir çox versiyalar göstərilib. Biri dərinliyi 65 verib, başqası 30. Ona görə də biz belə proqramlardan istifadə eləmirik. O proqramla getsək bir bölgədə zəlzələ olan zaman, uzaq ərazidə yaşayanın yuxudan ayılıb təlaşa düşməlidir. Bu da düzgün deyil. Dünənki zəlzələ dərində oluğu üçün daha böyük əhatə dairəsində hiss edilib. Zəlzələlər dərində olarkən əhatə dairəsi də genişlənir, dağıntısı isə azalır”.

Xatırladaq ki, ötən gün Kürdəmirdə qeydə alınan 5.2 ballıq yeraltı təkanlarla bağlı bir qədər qarışıqlıq yaranmışdı. Buna səbəb isə təkanların ilk olaraq Ağdam rayonunda baş vermiş kimi göstərilməsi olub. Elə bu məqamı da Qurban Yetirmişliyə bildirdik.

O, vurğuladı ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi məlumatında Ağdam söhbəti ümumiyyətlə olmayıb. Bu hansısa saytın səhvi idi:

“Bizim hətta proqram özü də Kürdəmiri göstərirdi. Respublikada 80-dən çox seysmoloji stansiya var. Zəlzələ olan zaman da işçilər dərhal məlumat verirlər. Onu deyim ki, yaxın zamanda həmin bölgələrdə daha güclü zəlzələ gözlənilmir. Çünki artıq enerji boşalması gedib. Dünəndən bəri xırda təkanlar olub onlar da hiss edilməyib”.

Tacxeber.com

Oxşar xəbərlər