• 24 Sentyabr 2024 20:36

Azərbaycan məmurlarının övladları ərəb şeyxləri ilə qonşu olurlar.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun Allahın adını çəkib oğlunun Londondakı restoranlarını danması yadınızdadır?

Londondakı restoranları bir yana, oğlunun Birləşmiş Krallıq paytaxtındakı mülkünün fantastik dəyəri belə dodaq uçuqladır. Keçmiş nazirin oğlu hazırda Londonun ən ultralüx yaşayış kompleksi olan “One Hyde Park”da yaşayır. Binadakı mənzillər nəinki Londonda, bütün dünyada ən bahalı hesab olunur. Buranın əsas sakinləri oliqarxlar və şeyxlərdir. Məşhur ukraynalı milyarder Rinat Axmetov, ingilis sığorta brokeri Rory Carvill, qazax müğənni Ana Aitjanova və ərəb şeyxi, Birləşmiş Ərəb Əmirliklərinin Ras Al Khaimah əmirliyinin vəliəhdi, Şeyx Mohammed Saud Sultan Al-Qasimi onun qonşularıdır.

Anar Məmmədovun bu mənzilə nə qədər ödədiyi bəlli olmasa da, mövcud qiymətlər bəzi ipucları əldə etməyə imkan verir. Məsələn, dubaylı tikinti maqnatlarından biri hazırda həmin binada sahib olduğu mənzili 111 milyon funt sterlinqə satışa çıxarıb. Ukraynalı milyarder Rinat Axmetovun isə “One Hyde Park”da mənzilinə 137 milyon funt-sterlinq ödədiyi haqda məlumat var.

Cavanşir Həsənli

Tacxeber.com

Oxşar xəbərlər