• 27 Dekabr 2024 05:13

Kəramət Böyükçöllə Natiq Cəfərli arasında QALMAQAL – “Kaş ki, elə içki xəstəsi kimi qalardın, layk “narkomanı

Gənc yazar Kəramət Böyükçölün Xalq yazıçısı Çingiz Abdullayevə “futboldan girib siyasətdən çıxırsan, müəllim tut, sənə dil öyrətsin” deməsi müzakirələrə səbəb olub. Böyükçölün sosial şəbəkədəki paylaşımına REAL Partiyasının icra katibi, ekspert Natiq Cəfərli “dünyada 32 dildə 27 milyon nüsxə ilə kitabları çap olunmuş yazıçını öz yazdığını özü satmağa çalışan yazar-çizərlər aşağılayır” şəklində ironiya ilə cavab verib. 

Tacxeber.com xəbər verir ki, N.Cəfərlinin Çingiz Abdullayevi müdafiə etməsi Kəramət Böyükçöllə arasında ciddi mübahisə yaradıb.

K.Böyükçöl Natiq Cəfərlinin paylaşımından onun şərhini silməsinə belə cavab verib: “Natiq Cəfərli statusunda mənə ilişdi. Rəy yazıb cavab verdim. Rəyimə gələn bəyənmə sayı onun statusunu keçdi deyə dözməyib sildi. Adam özü də azad seçkidən danışır. Məhəllədə balaca uşaqlar dalaşır, birinin o birinə gücü çatmayanda gedib atasını çağırdığı kimi? Natiq də seçkidə uduzsa, atasını çağıracaq…”

N.Cəfərli də Böyükçölün bu paylaşımını cavabsız qoymayıb: “Buna iki dəfə rəy yazdım, operativ olaraq sildi, indi silə bilməyəcək, qalsın burda: “Usta, telefonla da danışdıq, düşündüm ki, anladın. Amma yox, çünki xəstəsən, kaş ki, elə içki xəstəsi kimi qalardın, indi layk “narkomanı” olmusan. Heyif səndən, özü də “doz” artıqca müqəddəs heç nə anlamırsan. Dostluqdan sildim, qanacaqsız adamlardan iyrənirəm. Sən 500 layk yığanda özünü böyük adam sayırsan. Alamırsan ki, bizim camaat “it oynadandır”, elə bilirsən, böyük tərəfdarın var. Bu hökumət – atana ev verən hökuməti deyirəm, – Allah eləməsin, səni həbs etsə, məhkəmənə 5 adam gələcək, biri də mən olacağam, amma o it oynadanlar gəlməyəcək, bunu bil. Şərhi də ona görə sildim ki, artıq söyüş-təhqirləri bir-bir silməkdən yoruldum, səni çox pis söyənlər var idi. Nə isə… Xudahafiz..”

Kəramət Böyükçöldən Natiq Cəfərliyə cavab gecikməyib: “Söhbətə baxın, indi də başlayıblar ki, Kəramət layk xəstəsidir. Hamı kimi mənim də bir profilim var, fikirlərimi yazıram. Elə də deyirlər ki, layka görə məndən yazır. Guya başqa şeydən yazanda layk eləmirlər, ona görə bundan yazıram. Neyləyim, heç nə paylaşmayım? Bəs harada yazım fikirlərimi? Ürəyimdə saxlayım? Siz Allah, daha mənim statuslarımı layk eləməyin, ürək qoyun”.

Mübahisənin sonunda Böyükçöl Cəfərlini sosial şəbəkədə blok edib.

Tacxeber.com

Oxşar xəbərlər