Azərbaycanı “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Səmra Rəhimli paylaşımı ilə izləyiciləri iyrəndirib.
Tacxeber.com xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən gənc ifaçı dəniz kənarında itlə oynadığı anları izləyiciləri ilə bölüşüb. İtin dodağından öpən Səmra bəzi izləyicilərinin qəzəbinə səbəb olub.
“İtdə bilirsən, nə qədər mikrob var?” – deyə yazan izləyicisinə isə müğənninin cavabı sərt olub:
“İtlərin tüpürcəkləri antibakterialdır. Bunu həkimlər də təsdiqləyir. Hətta əvvəllər müharibələr olanda insanların yaralarını itlər yalayıb sağaldırdılar. Və bu it ev itidir. Ən çox mikrob insanlardadır. Gündə öpüşüb görüşdüyünüz insanlardan iyrənin o zaman”.