• 24 Sentyabr 2024 20:35

Peyvəndlə ilk dəfə xərçəngdən sağalma qeydə alındı

Peyvəndlə ilk dəfə xərçəngdən sağalma qeydə alındı

İngiltərədə Biontech tərəfindən hazırlanmış mRNA peyvəndi ilə xərçəngin fərdi müalicəsində bir ilkə nail olunub.

Tacxeber.com TGR Haber-ə istinadən xəbər verir ki, İngiltərədə aparılan xərçəng peyvəndinin klinik sınaqlarında 54 yaşlı Adrian Taylor sağalıb.

2021-ci ilin dekabrında badamcıq xərçəngi diaqnozu qoyulan Taylor, kimyaterapiya və radioterapiya ilə müalicə olundu və badamcıq şişi yox oldu. Amma ötən ilin iyununda xərçəngin onun ağciyərlərinə keçdiyi məlum olub.

Sentyabr ayında “mRNA” əsaslı xərçəng peyvəndinin klinik sınaqlarında iştirak etmək qərarına gələn Teylor Liverpuldakı Clatterbridge Xərçəng Mərkəzində müalicəyə başlayıb. Taylora “mRNT” peyvəndi ilə birlikdə “Pembrolizumab” adlı yeni dərman verilib. Peyvənd xərçəng hüceyrələrini öldürən yeni immun hüceyrələrini aktivləşdirib. Dərman immunitet sisteminin xərçəng hüceyrələrinə hücumuna kömək edib.

Qeyd edək ki, COVID peyvəndindən fərqli olaraq, xərçəng peyvəndi profilaktik deyil. Xərçəng xəstələrinin müalicəsində istifadə olunur.

Böyük Britaniyada hazırda baş və boyun xərçəngləri, həmçinin dəri xərçənginin bir növü olan melanoma, prostat, kolon və düz bağırsaq xərçəngləri üçün klinik sınaqlar aparılır.


Oxşar xəbərlər