• 24 Sentyabr 2024 16:34

Paşinyan Rusiyaya meydan oxuyur – Markov

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ ordusunu ölkəsinə dəvət etməklə Rusiyaya meydan oxuyub.

Tacxeber.com xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru, politoloq Sergey Markov bildirib.

O qeyd edib ki, Paşinyan Rusiya Prezidentini təhqir etmək üçün Beynəlxalq Cinayət Məhkəməsinə qoşulur.

“Fransa indi Ermənistanın əsas müttəfiqidir. O, bunun əvəzini ödəyəcək. Qarabağ tamamilə öz doğma evinə qayıtmalıdır. Mümkündür ki, bu yaxın gələcəkdə baş versin. Görək sevimli Fransa ona necə kömək edəcək”, – politoloq vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər