• 27 Dekabr 2024 01:45

Sovet dövrünün məşhur içkisi xərçəngin dərmanı imiş?

 

SSRİ dövründə bütün ölkələrdə bağça, məktəb, xəstəxanaların məşhur içkisi şirin olmayan qatı kisel orqanizmi xərçəngdən qoruyur.

“Medicina” xəbər verir ki, bu barədə qastroenteroloq Yelena Manelo danışıb.

“Bu gün təəssüf ki, unudulan, uşaq və gənclərin tanımadığı meyvəli, kəmşirin kisellər arıqlamaq üçün ideal içkidir. O, mədənin turşuluğunu salır, qıcqırmanın qarşısını alır, mədənin selikli qişasının üzərini qoruyur, qastritin qarşısını alır.
Eləcə də bağırsaqda faydalı bifido və laktobakteriyaları artırır.

Digər möcüzəvi təsiri – hüceyrələri sərbəst radikallardan qoruması, iltihabi prosesləri azaltması, bununla da xərçəngin qarşısını almış olur.

Kisel C, A, B vitaminləri ilə zəngindir və tərkibində olan metionin qaraciyər üçün vacibdir”.

Tacxeber.com

Oxşar xəbərlər