• 21 Sentyabr 2024 01:37

“İmagine Dragons” Bakı konsertindən niyə paylaşım etmədi? – FOTO

 

Dünyaca məşhur “İmagine Dragons” qrupunun Bakı konsertindən heç bir paylaşım etməməsi diqqət çəkib.

Tacxeber.com xəbər verir ki, bu sözləri texnobloger Fərid Pərdəşünas qeyd edib. Onun sözlərinə görə, qrupun Litva, Polşa, Macarıstandan paylaşım etməsinə baxmayaraq Bakını yada salmaması təəccüb doğurur.

“Bu məsələyə siyasi yük vermək istəməzdim, amma konsert öncəsi  “Imagine Dragons”a xüsusən erməni rok qrupu “System of a Down”dan basqı var idi ki, Azərbaycan konsertin təxirə salsın. Düşürəm ki, “Imagine Dragons”  bu konserti maksimum səssiz yola verməyə çalışıb. Bunu da başa düşmək olar, amma konsert Bakıdadır da. Qarabağda da deyil ki, deyəsən siyasi mənası olar.

Ümumilikdə paylaşım etmək şəxsi seçimidir. Buna görə “Imagine Dragons”a nəsə deyə bilmərik. Hər halda təşklatçılar belə şey danışmayıb. Amma bu adamın digər postlarında vətəndaşlarımızın sanki Azərbaycanda xeyriyyə konserti vermişcəsinə “Imagine Dragons”a gəldiyi üçün təşəkkür etməsi, məncə, elə özümüzə qarşı ən böyük hörmətsizlikdir. Birinci özümüzə hörmət qoymalıyıq ki, belələri Azərbaycanı yolüstü səfər kimi dəyərləndirməsin”, – deyə o yazıb.

 

 

 

Oxşar xəbərlər