• 22 Sentyabr 2024 13:37

Türkiyə-Ermənistan oyunu bu gün Bakı vaxtı ilə ….

Bu gün Avro-2024-ün seçmə mərhələsinin 5-ci turunun daha 7 oyunu keçiriləcək.

Azərbaycanlı azarkeşlər üçün əsas diqqət çəkəcək matçlardan biri D qrupunda oynanılacaq – Türkiyə millisi Ermənistanı qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Seçmə mərhələnin ilk turunda bu komandalar arasında İrəvanda keçirilən oyun Türkiyə millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu arada Ermənistan millisinin baş məşqçisi Aleksandr Petrakov Türkiyə ilə Avro-2024-ün seçmə mərhələsinin V tur matçı ərəfəsində fikirlərini bölüşüb.

“Bəli, bu oyun bizim üçün həlledici görüşdür. Türkiyə yığmasına qalib gəlsək, final turnirində iştirak edə bilmək şansımızı 90 faiz yaxşılaşdıracağıq. Uduzsaq, finala getmək biletimizi itirəcəyik”.

D qrupuna dörd oyundan 9 xal yığan Türkiyə başçılıq edir. Üç oyundan sonra Ermənistan komandası 6 xalla ikinci pillədə qərarlaşıb. Xorvatiya 2 oyun keçirib və 4 xalla üçüncü pillədə qərarlaşıb.

Tacxeber.com

Oxşar xəbərlər