Rus ordusu bir neçə istiqamətdə hücuma keçsə də, heç bir nəticə əldə edə bilməyib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah məlumat yayıb.
“Ukrayna ordusu Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir və işğal olunmuş əraziləri addım-addım azad edir. Ukrayna döyüşçüləri Rabotinoyenin cənubundakı ərazidə uğur qazanır və əldə olunan xətlərdə möhkəmlənirlər”, – Baş Qərargah bildirib.
Baxmut istiqamətində Ukrayna əsgərləri Donetsk vilayətinin Orexovo-Vasilevka, Kleşçievka və Andreyevka ərazilərində rusların hücumlarını dəf ediblər. Hücum əməliyyatları nəticəsində Ukrayna ordusu Baxmutun cənubunda rus əsgərlərini mövqelərindən sıxışdıraraq çıxarıb. ( teleqraf)