“Ermənistanla Azərbaycan arasında şərti sərhəddə eskalasiya daha da güclənir və bu, İrəvanı sülh müqaviləsinə məcbur etmək prosesinin həlledici mərhələyə qədəm qoyduğunu göstərir”.
Tacxeber.com xəbər verir ki, bunu ABŞ-da yaşayan siyasi təhlilçi Ramiz Yunus bildirib.
Onun sözlərinə görə, rəsmi Bakı artıq gözləmək niyyətində deyil: “Ermənistanın qanunsuz silahlı birləşmələrinin Qarabağ ərazisindən dərhal çıxarılmasını və Ağdam-Xankəndi yolunun açılmasını tələb edir ki, bu da vəziyyətin bir qədər gərginləşməsinə və tərəfləri danışıqlar masasına qaytarmağa kömək edəcək”.
Təhlilçi vurğulayır ki, yenə havadan əsl müharibə qoxusu gəlir: “Çaşqınlıq və təlaşın hökm sürdüyü Ermənistan cəmiyyətindən fərqli olaraq, Azərbaycan cəmiyyəti İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi monolitdir və hökumətdən başladığı işi başa çatdırmağı tələb edir. 27 sentyabr 2020-ci ildə başlayan Qarabağdakı erməni separatizmin məhv edilməsi prosesi birdəfəlik başa çatmalı və Azərbaycan Konstitusiyası bütün ölkə ərazisində tam bərpa edilməlidir. Şərqdə deyirlər: “Vacib olan qazanmaq həvəsi deyil – hamıda var. Əsas qalib gəlmək iradəsi və hazırlığın olmasıdır”. Bunu Azərbaycan inamla nümayiş etdirir və bütün cəmiyyətin Qarabağ məsələsində həmrəy olduğu aydındır”.