• 21 Sentyabr 2024 04:01

Ronaldo hotelini zəlzələdən zərərçəkənlər üçün istifadəyə verdi – FOTO

 

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Mərakeşdə yerləşən “Pestana CR7 Marrakech” adlı 4 ulduzlu hotelində ölkədə baş verən zəlzələdən zərərçəkənləri yerləşdirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Xatırladaq ki, Mərakeşin Əl-Huz bölgəsində baş verən 7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 2 min 12-yə yüksəlib. Yaralıların sayı isə 2 min 59-a çatıb.

 

Oxşar xəbərlər