• 18 Oktyabr 2024 08:18

Qubad İbadoğlunun müayinə və analiz nəticələri saxtalaşdırılıb.

Hakimiyyət Avropa İnsan Haqları Məhkəməsinə təqdim etmək üçün tərtib etdiyi sağlamlıq sənədlərində qardaşımın səhhəti ilə bağlı 25 iyuldan başlayaraq keçirilmiş müxtəlif müayinə və analizlərin nəticələrində total saxtalaşdırma aparıb. Tibbi nəticələrin alınması üçün vəkil Zibeydə xanım Sadıqova iyulun sonundan dayanmadan (mübaliğə etmirəm, 10-a yaxın məktub göndərib) sorğu göndərib, ya imtina gəlib, ya cavab verməyiblər. 

Sonuncu sorğu ilə bağlı sentyabrın 4-də Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Bakı İstintaq Təcridxanası üzrə kuratoru Elnur Məmmədovla danışdım, nəticələri istədim, dedi, 10 günə versək, şükür edin. Ancaq səhərisi gün tez-tələsik Zibeydə xanıma zəng edib ki, gəlin sənədləri götürün və yarım-yarımçıq nəticələri (cəmi 21 səhifə, halbuki tam nəticə 80 səhifəyə yaxındır) veriblər.

Sizcə, belə tələsik qərar dəyişikliyinin səbəbi nədir?

Çünki quyruqları qapı arasında qalıb, cavab məktubunu Avropa Məhkəməsinə göndərilən sənədlərə əlavə edəcəklər (ediblər də) ki, nəticələri verdik.

Nəticələri bir neçə həkimlə (kardioloq, endokrinoloq) analiz etmişik.

Tam fiasko!

Təsəvvür eləməzsiniz, necə saxtakarlığa gediblər.

Xolesterin, hemoqlabin, ALT, AST, Kreatinin, qan təzyiqi, xülasə bütün göstəricilər ideal səviyyədə, heç bir göstəricidə kənalaşma yoxdur, obyektiv görünmək xatirinə yalnız qanda şəkərlə bağlı göstəricini bir qədər atrırıblar, onu da olduğu kimi yazmağa cəsarət etməyiblər.

Bunlar hətta o qədər uzağa gediblər ki, qardaşımın dediklərini də saxtalaşdırıblar. “Məhkumun tibbi kitabçası”nda bir neçə dəfə həyasızcasına yazıblar ki, Qubad İbadoğlu bizə səhhəti ilə bağlı heç bir şikayətinin, narahatlığının olmadığını dedi.

Neynək yazsınlar, ancaq unutmasınlar ki, hətta ən usta saxtakar belə hardasa səhv buraxır.

Səhvsiz saxtakar yoxdur!

Nəticələrin saxtalaşdırılmasını təsdiq edən faktlar:

1. Bütün analiz nəticələrinin qələmlə, əllə (manual) yazılması.

Hazırda bütün kliniklarada xəstənin ID göstəriciləri komputerə daxil edilir və komputer özü nəticələri emal etdikdən sonra onları avtomatik qeyd edir, göstəriciləri əllə yazmağa ehtiyac qalmır.

2. Təqdim olunan analiz nəticələrinin bəzilərinin sonunda həkim-laborantın adının olmaması.

Nəticələrin bəzilərinin sonunda həkimin yalnız imzası var, adı, soyadı yoxdur.

3. Qanın biokimyəvi analizinin bütün göstəricilərinin norma daxilində olması.

Ürəyində aortanın anevrizması, sol mədəciyin hipertrofiyası və diastolik disfunksiya kimi ciddi problemləri , yüksək şəkəri və arterial təzyiqi olan, iki aya yaxın müddətdə həbsxanada oturaq həyat tərzi keçirən şəxsin qan analizi nəticələri bu qədər ideal ola bilməz.

4. Qan analizlərinin necə gəldi, harda oldu, götürülməsi.

Qardaşımdan qan analizi antisanitar şəraitdə, kameranın qapısının kiçik gözlüyündən qolun bayıra çıxarılması yolu ilə və günün istənilən vaxtında, analiz oncəsi şərtlərə əməl olunmadan götürülüb. Halbuki səhərisi gün analiz verməli şəxs gecə saat 12:00-dən sonra yemək yeməməli, səhər saat 7-8 arası analiz olunmalı və mütləq bütün analizlər acqarına verilməlidir. Təcridxanada qeyd etdiyim şərtlərin heç birinə əməl olunmayıb, qardaşım analiz öncəsi xəbərdar edilməyib.

Qalib Toğrul

Tacxeber.com

Oxşar xəbərlər