Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan erməni cani Vaqif Xaçaturyan ailə üzvlərinə məktub göndərib.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Xaçaturyanın qızı Tsovinar Xaçaturyan yerli mediaya bildirib.
V.Xaçaturyan yazır: “Mən sağ olduğum müddətdə hər zaman səni düşünürəm, sağlam ol və hamıya salam de”.
“İndi bilirik ki, o, dərman qəbul edir – səhər və axşam. Səhhətinin normal olduğunu deyirlər. Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri ayda bir dəfə papaya baş çəkirlər”, – T.Xaçaturyan bildirib.
Xatırladaq ki, 68 yaşlı Vaqif Xaçaturyan Meşəli soyqırımında iştirakda təqsirləndirilir və hazırda məhkəmə istintaqı davam edir.