• 22 Sentyabr 2024 15:45

Boris Conson: “Putin axmaqlığa yol verdi, dəhşətli səhv etdi” 

 

“Düşünürəm ki, Ukrayna tezliklə qalib gələcək. Bununla belə, uzunmüddətli müharibəyə hazır olmalıyıq. Ukrayna tərəfdarları isə Kiyevə sonadək dəstək verməlidir”.

Tacxeber.com xəbər verir ki, bunu “qordon”a müsahibəsində Böyük Britaniyanın sabiq baş naziri Boris Conson deyib.

“Qərb və Siz Putindən qorxursunuz” sualını cavablandıran Conson deyib ki, Putin haqqında danışma: “Bu, ümumiyyətlə, onun haqqında deyil. Dəhşətli bir səhv etdi, axmaqlığa yol verdi. O, suveren, müstəqil Avropa ölkəsini işğal etdi. Biz isə Ukrayna xalqına öz qoşunlarını öz ölkələrindən çıxarmaqda və azadlıq əldə etməkdə kömək etməyə borcluyuq. Gəlin diqqəti Ukraynaya yönəldək. Putin həmişə məğlubiyyətini izah etmək üçün bir yol tapacaq. Gəlin bunu onun öhdəsinə buraxaq”.

Qərbin müharibədə qələbə çalması üçün Ukraynaya dəstəyinə gəldikdə Conson deyib ki, Qərb Ukraynaya kəşfiyyat məlumatları, maliyyə dəstəyi, taxıl ixracına yardım, eləcə də hərbi cəhətdən əsgərlərin hazırlanması və hərbi texnikanın ötürülməsi ilə dəstək ola bilər: “Ukrayna ordusunun qəhrəmanlığı nəticəsində isə qələbə əldə olacaq”.

NATO-nun Rusiya ilə açıq qarşıdurma ehtimalı ilə bağlı sualı cavablandıran Conson deyib ki, Böyük Britaniya, NATO-nun digər ölkələri və bütün Qərb tərəfdaşları açıq şəkildə Rusiya ilə birbaşa döyüşmək istəmədiklərini bəyan ediblər.

Ukraynadakı müharibənin nə zaman və hansı sonluqla bitəcəyinə gəldikdə Conson deyib ki, Ukraynanın qələbəsi qaçılmazıdır: “Bu ola bilsin ki, yaxın gələcəkdə baş verəcək. Ancaq biz uzun müharibəyə hazır olmalıyıq. Biz Ukrayna tərəfdarları strateji səbirli olmalı və sona qədər kömək etməyə davam etməliyik. Amma düşünürəm ki, tezliklə qalib gələcək. Ya bu il, ya da gələn il”.

Tacxeber.com

Oxşar xəbərlər