• 21 Noyabr 2024 22:48

Həbsdə olan AXCP fəalının ailəsi motosikletə görə sosial yardımdan məhrum edilib.

2021-ci ildə həbs edilmiş AXCP fəalı Aqil Hümbətovun həyat yoldaşı hökumət binaları qarşısında etiraz aksiyaları keçirərək, himayəsindəki üç azyaşlı uşaq üçün ona yoxsulluq müavinəti verilməsini tələb edir. Uşaqlardan biri autizm xəstəsidir, Hümbətova onun üçün 272 manat müavinət alır. Bu məbləğ dörd ailə üzvünün yaşaması üçün yeganə vəsaitdir.

Hümbətova Turan-a müraciət edib və dörd aylıq ödənişdən sonra ünvanlı sosial yardımdan niyə məhrum edildiyini aydınlaşdırmağı xahiş edib.

Turan-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti yoxlama aparıldığını, nəticədə Hümbətovlar ailəsinin motosikleti olduğunun (həbsdə olan Aqil Hümbətova məxsusdur) müəyyən edildiyini bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, ünvanlı dövlət sosial yardımı haqqında qanuna əsasən, nəqliyyat vasitəsinə malik olan ailə ünvanlı sosial yardım ala bilməz:

“Bu hal ünvanlı dövlət sosial yardımının verilməsi və verilməsindən imtina Qaydalarının 3,7.4-cü bəndində də qeyd edilib. Bu səbəbdən 4 may 2023-cü il tarixində Aygün Hümbətova imtina cavabı verilib”.

Vəziyyəti şərh edən hüquq müdafiəçisi Təzəxan Mirələmli Nazirliyin iddiasının yanlış olduğunu bildirib, çünki Aqil Hümbətov həbsdə olduğu üçün motosikletdən istifadə edə bilmir, həyat yoldaşı isə birinin əqli cəhətdən geriliyi olan üç uşağa baxmaq məcburiyyətindədir.

“Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əsasən, bir ailə üzvünə 300 manatdan az vəsait düşürsə, dövlət həmin ailəyə yardım ödəməlidir.

Hazırda ailə 272 manat vəsait alır və bu məbləğ dörd nəfərlik ailənin hər ay almalı olduğu minimum məbləğdən (1200 manat) dörd dəfə azdır. Lakin heç bir işə yaramayan motosikletə görə ailə dövlət dəstəyindən məhrum olub”, deyə Mirələmli bildirib, (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər