• 20 Sentyabr 2024 23:34

“Öyrəşmişik səhər tamaşaçını ağlatmağa” – Tolik

 

Prodüser və aparıcı Tarix Əliyev “Ümid ilə gəl” verilişinin yayımının dayandırılmasından danışıb.

Tacxeber.com Olay-a istinadla xəbər verir ki, “Gün işığında” verilişinə qonaq olan T. Əliyev sosial problemlərin yer aldığı layihə istəmədiyini bildirib:

“Gördüm ki, başqalarının dərdini özümə götürürəm. Ölkəmizdə yetərli qədər sosial veriliş var. Onların da yayımlanma vaxtı var. Öyrəşmişik səhər tamaşaçını ağlatmağa. Ya kiminsə anasının qəbrini çəkir, ya da 15 il əvvəl dünyasını dəyişən atasından danışırlar. İnsanlar səhərini ağlamaqla başlamasın”.

Qeyd edək ki, Tolik hazırda “Tarixin bir günü” şou xarakterli verilişi ilə tamaşaçı qarşısına çıxır.

Tacxeber.com

Oxşar xəbərlər