“Biz milli siyasətimizi sərhədyanı dövlətlər və Avropa İttifaqının üzv dövlətləri ilə əməkdaşlıq şəraitində gerçəkləşdiririk…”
“Qadağa yük maşınlarına şamil edilmir, Rusiya ilə yükdaşınmalar əvvəlki həcmdə qalacaq…”
Baltikyanı ölkələrin ardınca Finlandiya Rusiyada qeydiyyatdan keçən minik avtomobillərinin girişinə qadağa qoyub. Qadağa bu gecə qüvvəyə minəcək.
Bu barədə “QORDON” internet nəşri yazıb.
Finlandiya XİN məlumatında deyilir ki, ölkə Avropa Komissiyasının Rusiyadan olan özəl avtomobillərin Avropa İttifaqında qeyri-leqal idxalı ilə bağlı təlimatını icra edir.
“Biz milli siyasətimizi xüsusilə sanksiyalardan yan keçmə ilə bağlı sərhədyanı dövlətlər və Avropa İttifaqının üzv dövlətləri ilə əməkdaşlıq şəraitində gerçəkləşdiririk”, – bunu Finlandiya XİN rəhbəri Elina Valtonen mətbuat konfransında deyib.
Onun dəyərləndirməsinə görə, qadağa Finlandiya ilə Rusiya arasında sərhəd hərəkətini əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.
Rusiyada daimi yaşayan Avropa İttifaqının vətəndaşları və onların ailələri, həmçinin diplomatlar və onlara bərabər tutulan şəxslərə istisna ediləcək.
Bundan başqa, Rusiyada qeydiyyatdan keçən bütün avtomobillər ölkənin hüdudlarını altı ay ərzində-2024-cü il martın 16-dək tərk etməlidir.
Finlandiya rusiyalılar barəsində əlavə sanksiyalar tətbiq etmək hüququnu özündə saxlayır və Avropa İttifaqının üzv ölkələrində sanksiyalar tətbiqində eyniliyi vacib hesab edir.
Cümə günü Estoniya, Litva və Latviya xarici sərhəddən Rusiya nömrə nişanlı avtomibillərin ölkəyə girişinə qadağa qoyub.
Bu, Avropa Komissiyasının Rusiyada qeydiyyatdan keçən özəl avtomobillərin girişini Avropa İttifaqında qeyri-leqal idxal hesab edilməsi barədə tövsiyyələrindən sonra edilib.
Tövsiyyələrdən görünür ki, qadağa yük maşınlarına şamil edilmir, beləliklə, Rusiya ilə qadağa tətbiq edilən ölkələr arasında yük daşınmaları əvvəlki həcmdə qalacaq. (Moderator)