• 04 Oktyabr 2024 21:05

“Özləri kimi fırıldaqçı şirkət yoxdur” – Kamil Zeynallı 

“Özləri kimi fırıldaqçı şirkət yoxdur” – Kamil Zeynallı 

Kamil Zeynallı son vaxtlar bir çox tanınmış sima ilə əməkdaşlıq edən “Trendyol”un fırıldaqçı olduğunu iddia edib. 

Tacxeber.com xəbər verir ki, sosial şəbəkə hesabında bu haqda yazan idmançı şirkətin reklam qarşılığında ona ödəməli olduğu 1000 dolları vermədiyini bildirib:

“Özləri kimi fırıldaqçı şirkət yoxdur. Yüzlərlə tanınmışa, bloqerə və s. adamlara reklam borcları var. Çox “moşennik” şirkətdir, insanları aldatmaqla məşğuldurlar. 1 aydan çoxdur mənə 1000 dollar verəcəkləri var, İstanbuldan belə zəng gəldi ki, bu gün-sabah ödəyəcəklər. O boyda şirkət utanmır.

Bilsəydim ki, 1000 dolların acısınız, sizin şirkətə pul göndərərdim. Bu şirkətə inanmayın və qeydiyyatdan keçməyin!”.

Tacxeber.com

Oxşar xəbərlər