• 21 Noyabr 2024 14:11

Ramzan Kadırov komada – Ukrayna mediasından şok iddia -FOTO

 

Çeçenistan rəhbəri Ramzan Kadırov bir neçə gündür ki, komadadır. Onu təyyarə ilə Moskvaya aparıblar, lakin oradakı həkimlər kömək edə bilməyiblər, bundan sonra Kadırov Çeçenistana qaytarılıb. İndi onu müalicə üçün xaricə – çox güman ki, BƏƏ-yə, daha doğrusu, Dubaya  aparmağı planlaşdırırlar.

Tacxeber.com xəbər verir ki, bu barədə “obozrevatel” yazır.

Nəşrin yazdığına görə, Moskvada həkimlər Kadırovu komadan çıxara bilməyəndən sonra onun müalicəsini xarici həkimlərə həvalə etmək qərarına gəliblər.

Bu məlumatı “obozrevatel”ə Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin nümayəndəsi Andrey Yusov da təsdiqləyib.

“Bəli, həqiqətən də, Kadırovun vəziyyətinin ağır olduğu barədə məlumatlar var. Çeçenistan rəhbərinin uzun müddətdir ki, əziyyət çəkdiyi xəstəliklər  nəticəsində vəziyyəti daha da pisləşib və belə bir ağır vəziyyətə gətirib çıxarıb” – Yusov qeyd edib.

O əlavə edib ki, uzun müddətdir, bundan məlumatlıdırlar. “Lakin son bir neçə gündə onun vəziyyəti ağırdır”, – Yusov bildirib.

 

 

Oxşar xəbərlər