• 21 Sentyabr 2024 01:48

“Ramzan Kadırov komaya düşdü, durumu ağırdır” – Ukrayna kəşfiyyatından şok iddia

Çeçenistan lideri Ramzan Kadırovun komaya düşdüyü xəbəri yayılıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı iddia ortaya atıb.

Ukraynanın Müdafiə Nazirliyinin Kəşfiyyat Direktorluğunun sözcüsü Andrey Yusov etdiyi açıqlamasında Çeçenistan lideri Ramzan Kadırovun komaya düşdüyünü və durumunun ağır olduğunu bildirib.

Yeri gəlmişkən, son vaxtlarda Ramzan Kadırovun sağlamlıq durumu ilə bağlı çoxsaylı xəbərlər və spekulasiyalar ortaya atılmışdı.

Onun son günlərdə xəstəxanaya aparıldığı və buna səbəb zəhərlənməsinin olduğu iddia edilirdi.

Kadırovun səhhəti ilə bağlı müxtəlif problemlərdən əziyyət çəkdiyi və çəki artırdığı bildirilirdi.

Tacxeber.com

Oxşar xəbərlər