• 04 Oktyabr 2024 01:32

Xaçmazda çaya düşən avtomobil belə çıxarılıb – Video + Fotolar

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində yerləşən körpü uçub və hadisə zamanı “VAZ 2106” markalı minik avtomobili çay yatağına düşüb.

Yeniavaz.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi avtomobilin qaldırıcı kran vasitəsilə çay yatağından təxliyəsinin görüntülərini yayıb.

Həmçinin, bildirilib ki, FHN-in Şimal Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları avtomobillərin hərəkəti üçün müvəqqəti təşkil olunmuş alternativ yolda təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazidə xidmət aparır.

 

Tacxeber.com

Oxşar xəbərlər