• 25 Noyabr 2024 02:37

12 dollar maaş alırdı, indi 25 milyardlıq sərvəti var – Cek Manın şanssızlıqlarla başlayan uğur yolu.

Sıfırdan başlayan milyardlara çatan sərvəti ilə Cek Ma hər kəsə ilham verir. O, hazırda 25 milyard dollarlıq sərvətlə Çinin ən varlı adamıdır. “Alibaba” maliyyə cəhətdən “Facebook”dan daha dəyərlidir. Eyni zamanda, “Alibaba”da “e-Bay” və “Amazon”dan daha çox alış-veriş edilir.

Tacxeber.com valyuta.az-a istinadən “Alibaba” ticarət şirkətinin qurucusu Cek Manın enişli-yoxuşlu uğur hekayəsini təqdim edir.

Sərvətini və sahib olduğu nəhəng biznesləri nəzərə alsaq, Cek Manın heç bir çətinlik çəkmədən yaşadığını düşünmək olar. Yuxarıda gördüyünüz rəqəmlər sizi yanıltmasın. Ma bu günə özünü işinə həsr edərək, heç bir çətinlik qarşısında təslim olmamaqla gəlib. Onun üzləşdiyi çətinliklərin kifayət qədər çox olduğunu söyləməyə dəyər. Gəlin, Cek Manın bugünkü uğuruna çatana qədər nələrdən keçdiyinə nəzər salaq.

Cek Ma uşaqlıq və gənclik illərində indiki qədər şanslı deyildi.

Cek Ma Çinin cənub-şərqində yerləşən Hançjou şəhərində anadan olub. Onun böyük qardaşı və bir bacısı var. Valideynləri musiqiçi və nağıl danışan idilər, cüzi miqdarda pul qazanırdılar.

Onun yaşadığı şəhərdə turizmin artması Ma üçün böyük imkan yaradıb. Hər zaman ingilis dilini öyrənmək istəyən, lakin imkanı olmayan Cek Ma şəhərə gələn turistləri fürsət olaraq görürdü.

O, səhər tezdən velosipedində yaşadığı şəhərdəki böyük parka gedib, turistlərlə söhbət edərək, onlara pulsuz turlar təşkil etməklə ingilis dilini təkmilləşdirib. Onun əsl adı Ma Yundur və turistlərdən birinin onu Cek adlandırmasından sonra bu addan istifadə etməyə başlayıb.

Cek universitetdə ingilis dilini öyrənib. Bitirdikdən sonra Hangzhou Dianzi Universitetində ingilis dili müəllimi kimi işləməyə başlayıb. O, bu işdən ayda cəmi 12 dollar qazanırdı.

Gəncliyində dəfələrlə məktəbdə uğursuzluqla üzləşmiş və bu uğursuzluqlar onun təhsil həyatının ilk günlərindən başlamışdı.

Ma ibtidai məktəbdə iki dəfə, orta məktəbə daxil olanda isə üç dəfə imtahandan kəsilib. Universitetə qəbul imtahanından üç dəfə kəsilən Ma, nəhayət, Hangzhou Normal Universitetinə daxil oldu. Bütün bunlara baxmayaraq, Ma heç vaxt təslim olmadı. Əslində Harvard Universitetinə düz 10 dəfə müraciət edib və hər dəfə də rədd cavabı alıb.

Universiteti bitirdikdən sonra Ma 30 fərqli yerə iş üçün müraciət edib və hamısından rədd edilib. Hətta KFC-yə müraciət edib. O, müsahibəsində deyib: “KFC Çin bazarına girəndə 24 nəfər iş üçün müraciət edib. 23 nəfər işə qəbul edilib. Rədd edilən tək mən idim”.

O, ilk iki sahibkarlıq cəhdində də uğursuzluğa düçar olub. Lakin o, bunların heç birindən sonra onun təslim olmasına olmayıb.

Bütün çətinliklərdən sonra Cek Ma 1995-ci ildə bir layihə üçün Amerikaya gedib.

İnterneti və kompüteri ilk dəfə burada görüb. O dövrdə Çində kompüterlər çox nadir və çox bahalı cihazlar idi. İnternetdə Çini axtaranda heç bir nəticə olmadığını gördükdə, ölkəsindəki insanların interneti öyrənməli və bu mövzuda biznes qurmalı olduğunu düşündü.

O, 17 dostunu sərmayə qoymağa və yeni e-ticarət müəssisəsinə qoşulmağa razı saldıqdan sonra “Alibaba”nı evindən qurdu.

Bir müddət “Alibaba” üçün investisiya ala bilməsələr də, sonradan buna nail oldular. Çin ictimaiyyəti arasında onlayn ödəniş və paket köçürmə sisteminin təhlükəsiz olduğuna inam yaratmaq Cek Ma və “Alibaba”nın üzləşdiyi ən böyük problem olub, lakin Cek bu çətinliyin öhdəsindən gəlməyi bacarıb. Kodlaşdırma və satış sahəsində heç bir məlumatı olmasa da, ilk uğurlu şirkətini 31 yaşında qurmağa başlayıb. Hazırda bu biznes dünyanın ən böyük e-ticarət bizneslərindən birinə çevrilib. Şirkət çox sürətlə böyüdü və tezliklə bütün dünyada biznesə sahib oldu.

Tacxeber.com

Oxşar xəbərlər