• 27 İyul 2024 03:59

Ayı əti sevən məmur oğlunun yeni şirkəti.

Tacxeber.com araşdırmaçı Cavanşir Həsənlinin yeni araşdırmasıni təqdim edir.

Belə ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Maltada 3 il əvvəl açdığı şirkətin adını “Zizi” qoyub. Bilmirəm yaxınları keçmiş nəqliyyat nazirni “Zizi” çağırırlar yoxsa yox, amma Anar Məmmədovun seçdiyi ad məşhur kofe brendlərindən birinə aiddir və eyni adda dünyanın bir sıra ölkələrində kafeteriyalar fəaliyyət göstərir.

Malta Biznes Qeydiyyatı Dövlət Agentliyinin sənədlərinə görə Ziya Məmmədovun oğlu “ZIZI FOOD COMPANY LIMITED”i 2020-ci il fevralın 5-də 1200 avro nizamnamə kapitalı ilə Valettada qeydiyyatdan keçirib.

Lakin bir müddət sonra Anar Məmmədov şirkətin adını dəyişdirərək onu AKSON ENERGY LIMITED adı ilə yenidən qeydiyyatdan keçirib.

Şirkət Valettanın Lucia küçəsi 147/ünvanında hüquqi qeydiyyatdadır. Nizamnaməyə görə şirkətin təsisçisi İngiltərənin ən bahalı yaşayış kompleksi olan 1, HYDE PARK APARTMENT B062 100 ünvanında daimi qeydiyyatda olan Azərbaycan vətəndaşı Anar Məmmədov (pasport seriyası: C01662717), onun tərəfdaşı isə 25 il Maltada qeydiyyatdan keçmiş G M CORPORATE AND FIDUCIARY SERVICES LIMITED şirkətidir.

Yeri gəlmişkən, Anar Məmmədovun Maltada ən azından daha iki şirkəti var.

 

 

Cavanşir Həsənli

Tacxeber.com

Oxşar xəbərlər