• 21 Sentyabr 2024 11:44

İran PUA-ları döyüş meydanında – Ümidlərini doğrultmadı

Rusiya son iki həftədə Ukrayna ərazisinə “Şahid-136” tipli 269 kamikadze dronu (İran istehsalı) buraxsa da, ciddi uğur qazana bilməyib.

Bu barədə Ukraynanın “Defence Express” nəşri yazır.

Rusiya sentyabr ayı ərzində Ukraynaya, əsasən də Odessaya hücumlarda “Şahid”lərdən fəal istifadə edib.

Saratovun cənubundakı Engels aerodromundan qanadlı raketlərin atılması da adi hala çevrilib.

Ruslar gecə saatlarında Ukrayna ərazisinə cəmi 6 ədəd “Şahid-136” atıb ki, bu da əvvəlki günlərlə müqayisədə xeyli azdır. Üstəlik, bu dəfə İran dronlarının hamısı Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən sıradan çıxarılıb.

“Defence Express”in məlumatına görə, 15 gün ərzində Rusiya 269 belə kamikadze drondan istifadə edib. Ayın əvvəllərində orta hesabla Ukraynaya 25 PUA atılıb.

Dron hücumunun pik həddi sentyabrın 13-də yaşanıb – həmin gün Rusiyadan Ukrayna ərazisinə 44 “Şahid” buraxılıb. Bundan sonra sayda tədricən azalma müşahidə olunur. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər