”Sədərək Yüsif”in qardaşı oğlu üzərimə silah çəkib, məndən dövlət məmurlarının əleyhinə danışmağmı tələb etdi” – SENSASİON VİDEO
Sədərək Bazarının sahibi Yusif Qədimbəylinin qardaşı oğlu “Səfir” restoranının sahibi İlham Qədimbəyli və onun “mafiya” dostları məni işgəncə verərək döyüblər, ağzımı, əlimi-qolumu bağlayıblar, 2 saata yaxın mənə zorakı hərəkətlər edərək, layəqətimi və şəxsiyyətimi alçaldıblar.
“Azərbaycan Reallığı” xəbər verir ki, bu sözləri Fidan adlı şəxs” bu sözləri TikTok” hesabında paylaşdığı video şikayəti zaman bildirib.
Xanım iddia edir ki, onun üzərinə silah çəkərək dövlətin, rəhbər şəxslərin, xüsusəndə polisləri təhqir etməsini tələb ediblər. Məni videoya çəkirdilər.
Məcbur edirdilər ki: “Gülə-gülə danış, elə bilsinlər içkilisən. Telefonumdan bütün bilgiləri öz telefonlarına köçürüb, mənim telefonumu format etdilər. Videoya baxsanız görərsiz ki hər şey məcburi olub.
Bütün güc strukturlarından, Azərbaycan polislərindən, xüsusən cənab Daxili İşlər Naziri Vilayət Eyvazovdan xahiş edirəm ki, mənə kömək etsinlər.
İnanıram haqq-ədalət öz yerini tapacaq. Bu iş barədə tədbir görülməsə, mən özümə nəisə edəcəm. Çünki bu haqsızlıq belə qala bilməz. Mənə nəisə olarsa, bilin ki, adını çəkdiyim şəxslər günahkardı!” deyə xanım bildirib
“Azərbaycan Reallığı” səsləndirilən ittihamlarla bağlı adı çəkilən şəxslərində mövqeyin tanıyır.
AZƏRBAYCANREALLIĞI.COM