• 24 Noyabr 2024 05:53

“Sağlamdır və iştahası da yaxşıdır” – Çeçenistan Kadırovun xəstə olduğunu inkar edir.

“Axşam gəzintisi şam yeməyinin əla sonluğu olub. Dostlar, bu xoşbəxt anları qaçırmayın!..”

Çeçenistanda respublika rəhbərinin ağır vəziyyətdə olması barədə məlumata münasibət bildirilib.

Bu barədə “newizv.ru” nəşri yazıb.

Belə ki, çeçen liderinin müşaviri Umar Davıdov özünün “Teleqram-kanal”ında dərc etdiyi videoda Kadırovun ailə üzvləri ilə birgə hərəkət etdiyi əks olunub.

“Axşam gəzintisi şam yeməyinin əla sonluğu olub. Dostlar, bu xoşbəxt məqamları qaçırmayın”, – post bu sözlərlə müşayiət edilib.

Davıdov həmçinin Kadırovun fotosunu və müsəlman təqvimi ilə bu gecə başlayan Səfər ayı ilə bağlı təbrikini dərc edib.

Kadırov sosial şəbəkələrdən fəal surətdə istifadə edir və dəfələrlə burada öz xəstəliyi ilə bağlı şayiələri təkzib edib. Nədən bu dəfə belə etmədiyi kadr arxasında qalıb.

Xatırladaq ki, cəmi iki həftə öncə Çeçenistan rəhbəri anası Aymani Kadırovanın ABŞ-ın sanksiyalar siyahısına salınmasına çox ağrılı münasibət bildirib.

Çeçen liderinin öz səhifəsində sonuncu video sentyabrın 12-də qoyulub. Burada Çeçenistan Respublikasının parlament sədrinin yanında zitafət məclisi əks olunub.

Bundan öncə xəbər verildiyi kimi, Ukraynanın “Obozrevatel” internet-nəşri çeçen diasporunun adları çəkilməyən nümayəndələrinə istinadən məlumat verib ki, Çeçenistan rəhbəri Ramzan Kadırov komaya düşüb.

Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov məlumatı təsdiq edib. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər