• 24 Noyabr 2024 13:24

Tahir Kərimli: “ABŞ Azərbaycanı Suriyaya çevirmək istəyirdi, amma istəyinə nail olmadı”

 

“Azərbaycan inkişaf mərhələsində növbəti maneələri aşmaq məcburiyyətində qalıb. 1990-cı illərin əvvələrində ABŞ-də olanda inanırdım ki, bura demokratiyanın qalasıdır. Getdikcə riyakar siyasəti görəndə, bu ölkənin nə qədər təhlükəli olduğunu bir daha gördüm. ABŞ dünyada sümürgəçilik siyasətini yerinə yetirməkdədir. ABŞ ukraynanın, Moldovanın, Gürcüstanın ərazini bütövlüyünü birmənalı şəkildə qəbul etdi. Amma 30 il müddətində bir dəfə bəyan edilmədi ki, Qarabağ Azərbaycan ərazisidir. Baxmayaraq ki, sözdə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib. Ukraynaya verilən dəstəyin cüzi bir hissəsi Azərbaycana olsaydı, torpaqlarımız 30 il ərzində işğal altında qalmazdı. SSRİ dağılandan sonra az qala Rusiyanı da Amerika idarə edirdi, təsir imkanları çox böyük idi. Amma ikiüzlülük davam etdi, Azərbaycana qarşı namərdcəsinə “Azadlıq aktı”na 907-ci düzəlişi qəbul etdi. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi heç bir iş görmədi, yalnız turist səfərləri etdilər, münaqişəni dondurmaq istədilər. Üstəlik Amerikada Qarabağdakı separatçıların ofisini açdılar, dövlət səviyyəsində qəbul edilirdilər. Bu, Ermənistan Azərbaycan münaqişəsinə ABŞ-nin münasibətidir. Sözdə Azərbaycanın ərazi bütövlüyün müdafiə edən ABŞ işə gələndə isə Qarabağdakı separatçıları müdafiə edib”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

 

“Təsəvvür edin, İslam dinini sivil dünyanın düşməni elan etdi, islama düşmənçilik xətti götürdü, İraqı, Liviyanı, Suriyanı cəhənnəmə çevirdi. ABŞ-də müsəlmanlar üçün Quantanamo kimi həbs düşərgələri yaratdılar, işgəncələr verdilər. Dünyanın istənilən ölkəsində gərginlik Amerikanın müdaxiləsi ilə yaranır. Bu da təbii ki, sərvətlərə görədir. İnsan hüquqlarından danışırlar, amma bu, onları heç də maraqlandırmır. Azərbaycanda da inqilab etmək istədilər, bacarmadılar. Hazırda da qeyri-hökumət təşkilatları və digər vasitələrlə müdaxilə etməyə çalışırlar. Təbii ki, bu, heç vaxt alınmayıb, alınmayacaq da! Azərbaycanı Suriyaya çevirmək istəyirdi, amma istəyinə nail olmadı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində xalq-iqtidar birliyi nəticəsində torpaqlarımızı işğaldan azad etdik. Bu, ABŞ-də müəyyən qədər qıcıq oyatdı. İslam dininə, türkə, Qafqaza yaraşmayan murdar LGBT-ni içimizə soxur, əxlaqsızlığı təbliğ edirlər, feministlərdən istifadə edirlər, Samanta Pauerin vasitəsilə Azərbaycandakı qruplar maliyyələşdirilir. Çalışırlar, Azərbaycanda marionet rejim olsun. İndi də namərdcəsinə Laçın yolunun açılmasını tələb edirlər. Təssəvvür edin, ABŞ rəsmi qaydada Qarabağda keçirilən qondarma seçkiləri tanımadığını bəyan etmədi, kiçik işçi səviyyəsində fikirlərini bildirdilər. ABŞ-nin göndərdiyi nümayəndələr vəziyyəti normallaşdırmaq əvəzinə dondurmağa çalışırlar, Azərbaycanın suverenliyinin bərpa edilməsinə qarşı fəaliyyətdə olurlar. Ermənistanı müdafiə edən Fransa və Amerikanın niyyətləri aydındır: Rusiya ilə münasibətlərə görə Ermənistanda ikinci Ukrayna yaratmaq istəyirlər. Amerika riyakardır, pul qazanır. Ukrayna müharibəsindən istifadə edərək Avropaya maye-qaz satır, özündən asılı vəziyyətə salır. Bundan əlavə, hərbi sənaye kompleksindən milyardlarla dollar gəlir əldə edir. Türkiyəni də ikinci Suriyaya çevirmək istədi, FETÖ vasitəsilə çevriliş cəhdi baş tutmadı. Amerika işğal etdiyi yerlərdə nə demokratiya yaradıb, nə də iqtisadi yüksəlişi təmin edib, daim çöküş olub. Əfqanıstanı 20 il işğalda saxladı, bir yol da çəkmədi. Bu, ABŞ-nin mahiyyətidir. Ona görə də Azərbaycan Türkiyə, Pakistan və digər region dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan münasibətləri gücləndirməlidir. Gərək aylıqlığı qoruyub saxlayaq, iqtidar-müxalifət birliyi daha da güclənməli, xarici düşmənlərə qarşı mübarizə aparmalıyıq. Real təhlükəni hamı bilir, radikal müxalifət nümayəndələri də birliyə dəstək verməlidirlər. Azərbaycanı parçalamaq istəyənlərə meydan verməməliyik. Xalqı ayıq olmağa dəvət edirəm”, – T.Kərimli qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər