“Laçın-Xankəndi və Ağdam-Xankəndi yolundan yüklərin eyni vaxtda keçməsini alqışlayırıq”.
Tacxeber.com xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel “X” hesabında yazıb.
“Nəhayət Qarabağın erməni sakinlərinə yardımlar aparılır. İndi bu məsələ tam qaydaya salınmalıdır. Bununla bərabər Avropa İttifaqının dəstəkləməyə hazır olduğu hüquq və təhlükəsizlik üzrə Bakı və Qarabağın erməniəsilli əhalisi arasında danışıqlara başlamaq vacibdir”,- deyə o bildirib.