• 21 Sentyabr 2024 07:12

Dizel yanacağı ilə bağlı mühüm xəbər – Bahalaşma

Dünyada neft emalı zavodları kifayət qədər dizel istehsal edə bilmir.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Bildirilir ki, dizel qiymətləri artır. Belə ki, həm ABŞ-da, həm də Avropada artım müşahidə olunub.

Nəşr yazır ki, Səudiyyə Ərəbistanı və Rusiya dizellə zəngin olan xam neftin istehsalını dayandırıb. Sentyabrın 5-də OPEC+ blokunun liderləri olan iki ölkə məhdudiyyətləri ilin sonuna qədər, adətən yanacağa tələbatın artdığı dövrə qədər uzadacaqlarını açıqlayıblar. (Yenisabah)

Tacxeber.com

Oxşar xəbərlər