• 24 Noyabr 2024 10:34

Müharibə Rusiyanın planına uyğun getmir – ABŞ-ı isə başqa nüanslar təşvişə salıb

Rusiya Ukrayna müharibəsi növbəti mərhələyə qədəm qoyub. Dünyanın diqqət mərkəzində olduğu bu amansız müharibədə Rusiya geri çəkilmək niyyətində deyil.

Rusiya prezidenti Putin və Şimali Koreya lideri Kim Çen Inın görüşündən möhkəm narahat olan ABŞ iki nüvə ölkəsinin planlarından əndişələnib.

Müharibənin Moskvanın planlaşdırdığı kimi getmədiyi artıq sirr deyil. İlk həftələrdə Kiyevi hədəfə alan, lakin uğursuzluğa düçar olduqdan sonra yolunu ölkənin şərqinə çevirən Rusiya burada bir müddət müdafiə mövqeyində idi. Moskva müharibəni davam etdirmək üçün Şimali Koreyadan silah-sursat almağı planlaşdırır. Vladivostokda baş tutan Rusiya və Koreya prezidentlərinin görüşündən sonra Çin də Rusiyaya dəstək vermək qərarına gəlib. ABŞ kəşfiyyatı rəsmi Pekinin pilotsuz uçuş aparatları və döyüş təyyarələrinin hissələri də daxil olmaqla Moskvaya texnoloji dəstək verməsi barədə məlumat əldə edib.

ABŞ Çini Rusiyanı dəstəkləməkdə günahlandırır. Amma rəsmi Peki amerikalıların bu iddiası ilə razı deyil.

Qeyd edək ki, Çinin xarici işlər naziri Vanq Yi 4 günlük səfər üçün paytaxt Moskvaya gəlib, Ukrayna müharibəsində Çinin Rusiyaya dəstəyi ilə bağlı müzakirələr davam edir. (Konkret)

Tacxeber.com

Oxşar xəbərlər