• 21 Sentyabr 2024 06:57

Tetrasklin, tibbi spirt üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Deputatın şirkəti ilə 4.7 milyon manat köçürəcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması” ilə bağlı elan etdiyi tender başa çatıb.

Tenderin qalibi “Avromed Company” QSC olub. Tərəflər arasında 4.749.807,98 AZN-lik müqavilə imzalanacaq.

Müqaviləyə əsasən tibb müəssisələri Tetrasiklin, Tibbi spirt, vankomisin, seftazidim,Levofloksasin, Xlorheksidin və s. ilə təminolunmalıdır.

Bildirək ki, nizamnamə kapitalı 57000 AZN olan “Avromed Company” QSC-nin hazırda qanuni tımsilçisi KAMRAN İSKƏNDƏROV İNQİLAB oğludur.

Mətbuatda gedən məlumata görə, “Avromed Company” QSC deputat Cavanşir Feyziyevə və ailəsinə məxsusdur.

Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevdir. (32gun)

Tacxeber.com

Oxşar xəbərlər