Ukrayna Silahlı Qüvvələri Kleşiyevka ərazisində rus işğalçılarının bir sıra hücumlarını uğurla dəf edib və onlara Andreyevka ərazisində itirilmiş mövqelərini bərpa etməyə imkan verməyib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.
Məlumata görə, Ukraynanın şərqində və cənubunda əməliyyat vəziyyəti ağır olaraq qalır. Gün ərzində 20-dən çox hərbi toqquşma baş verib:
“Düşmən Donetsk vilayətinin Baxmut bölgəsinə hava zərbəsi endirib, 10-dan çox yaşayış məntəqəsi artilleriya və minaatanlardan atəşə tutulub.
İşğalçılar, xüsusən də Kupyanski istiqamətində Xarkov vilayətinin Berestovoy, Kopanka və Şeykovka ərazilərinə, Liman istiqamətində isə Luqansk vilayətinin Beloqorovka və Donetsk vilayətinin Novosadovı yaxınlığında aviazərbələr endiriblər”. (Axar)