Tacxeber.com xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov lokal antiterror tədbirləri barədə son məlumatları ictimaiyyətin diqqətinə çatdırır.
Keçirilən antiterror tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin 60-dan çox döyüş mövqeyi ordumuzun nəzarətinə keçib.
Bundan başqa, ermənilərə məxsus 20-ədək hərbi təyinatlı avtomobili, 40-dan çox artilleriya qurğusu, 30-dan çox 120 və 82 mm-lik minaatanlar, iki ədə zenit raket qurğusu məhv edilib.