Ermənistanın qanunsuz silahlı birləşmələrinin Qarabağda olması – ən böyük təxribatdır.
Tacxeber.com xəbər verir ki, bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Azərbaycan ordusunun Qarabağda başlatdığı lokal antiterror tədbirlərini şərh edərkən deyib.
“Diplomatik karyeramda öyrəndiyim mühüm dərslərdən biri odur ki, atışma və ya hərbi qarşıdurmalarla bağlı ilkin məlumatlar ortaya çıxanda çox vaxt qeyri-dəqiqlik olur. Ona görə də şərh edərkən diqqətli olmaq istəyirəm. Amma müəyyən faktlar var ki, onlar göz önündədir. İlk fakt ondan ibarətdir ki, Azərbaycan hökuməti, Müdafiə Nazirliyi bəyanat yayaraq, Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan silahlı qüvvələrinə lokal və dəqiq zərbələr endirmək niyyətini açıqlayıb. Mən Müdafiə Nazirliyinin paylaşdığı bir videonu gördüm, orada lokal zərbə göstərilir. Əgər həqiqətən də hər şey Müdafiə Nazirliyinin dediyi kimidirsə, təbii ki, Azərbaycanın öz ərazisini xarici hərbi qüvvədən müdafiə etmək hüququ var. Bundan əlavə, Azərbaycan hökuməti bəyan edib ki, mülki şəxslərə, mən etnik erməniləri nəzərdə tuturam, erməni əsgərlərinin yerləşdiyi əraziləri təhlükəsiz tərk etmək imkanı yaradılacaq. Ehtimal olunur ki, hadisələrdən sonra onlar sərbəst şəkildə öz evlərinə qayıda biləcəklər. Bu, çox mühüm amildir. Azərbaycan hökuməti hələ də Qarabağda olan etnik erməniləri ərzaqla təmin etmək niyyətini bir daha təsdiqləyib. Azərbaycanın öz ərazisini, öz xalqını müdafiə etmək hüququ var. Ən böyük təxribat Ermənistan tərəfdəndir, o da ondan ibarətdir ki, göründüyü kimi, onun silahlı qüvvələri hələ də Azərbaycan ərazisində, Qarabağda yerləşir. Onlar beynəlxalq hüquq normalarına uyğun olaraq, 10 noyabr 2020-ci il tarixli atəşkəs bəyannaməsinə uyğun olaraq Qarabağı tərk etməli idilər. Erməni əsgərləri Qarabağı tərk etməlidirlər və nə qədər tez getsələr, hərbi toqquşmalar bir o qədər az olar”, – o deyib.
Brayza eyni zamanda Azərbaycanın Ermənistan və İrəvana rəğbət bəsləyənlərin kəskin tənqidinə məruz qalacağını bildirib.
“İkinci Qarabağ müharibəsi zamanı belə idi, atəşkəs bəyannaməsi imzalanan gün Fransanın o vaxtkı xarici işlər naziri demişdi ki, Paris faktiki olaraq müharibədə Azərbaycanı günahlandırır. Əlbəttə ki, Azərbaycan tənqidi gözləməlidir, lakin yenə də Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında qeyd olunduğu kimi, əgər lokal və peşəkar məqsədlərə əməl edərsə, düşünürəm ki, dünya təbii ki, Azərbaycanın öz ərazisində xarici hərbi qüvvələrin təhlükəsini aradan qaldırmaq üçün atdığı addımlarda haqlı olduğunu görəcək”, – o deyib.
Qeyd edək ki, Üçtərəfli Bəyanatın müddəalarının təmin edilməsi, Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsi və ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə İşğaldan azad edilmiş ərazilərə qayıdan dövlət qulluqçuları hərbi qulluqçularımızın tikinti-bərpa işlərində, o cümlədən Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpasında rayonda lokal antiterror tədbirlərinə başlanılıb.
Cəbhə xəttində və dərinlikdə yüksək dəqiqlikli silahların tətbiqi ilə həyata keçirilən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövqeləri, onların uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi obyektləri sıradan çıxarılıb.
Mülki əhali və mülki infrastruktur hədəf deyil, yalnız qanuni hərbi hədəflər əlildir.