“Rusiyada yeni qiyam yaranır, bu da onun parçalanmasına gətirib çıxaracaq. Bu dəfə “vaqnerçilər” kimi Moskvaya yürüş olmayacaq”.
Bunu Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov deyib.
“Düşünürəm ki, bu dəfə yürüş olmayacaq. 1991-ci ilin avqustunda SSRİ-nin dağılmasının necə baş verdiyini xatırlayaq. Orada artıq 1991-ci ildə olduğu kimi “QKÇP qruplaşması” yetişməkdədir, toplaşırlar, bu, məlum faktdır. Biz bunu kimin idarə etdiyini, necə baş verdiyini bilirik”, – Danilov qeyd edib.
Danilovun proqnozuna görə, Rusiyada yeni qiyamın baş verməsi qısa zaman işidir, proseslərə artıq start verilib:
“Avropada dəbdəbəli, başqa həyata öyrəşmişdilər. İndi isə bütün dünyada getdikləri yerlərdən qovulurlar. Artıq ölkələr Rusiya dövlət nömrə nişanlı avtomobillərin öz ərazilərinə daxil olmasını qadağan edirlər. Üstəlik, ölkəmizi hərbi cəhətdən məğlub edə bilməyəcəklər. Buna görə də Rusiyada qiyamın nə vaxt baş verəcəyi məsələsi qısa zaman işidir. Görək saat neçədə olacaq, amma orada proseslər artıq başlayıb”.
Aleksey Danilov əmindir ki, heç kim bu proseslərə təsir göstərə bilməyəcək, dünya mütləq Rusiyanın parçalanmasını görəcək. (Teleqraf)