“Bloomberg” Federal Aviasiya Administrasiyasına (FAA) istinadən yazır ki, təyarənin saxta olduğu iddia edilən hissələrini Britaniyanın AOG Technics Ltd şirkəti istehsal edib. Agentlik qeyd edir ki, “American Airlines” Britaniya istehsalı olan hissələrin müvafiq sertifikatlaşdırmadan alınmasından təsirlənən yeganə aviaşirkət deyil.
“Daxili baxışımız, eləcə də təchizatçılarımızla əməkdaşlığımız nəticəsində az sayda təyyarədə sertifikatlaşdırılmamış hissələri müəyyən etdik. Onların hamısı dərhal dəyişdirilmək üçün istismardan çıxarıldı”, – deyə aviaşirkətin sözçüsü bildirib.
O, həmçinin qeyd edib ki, “American Airlines” tədarükçülərlə işləməyə davam edəcək və gələcəkdə belə hissələrin Amerika aviadaşıyıcısının təyyarələrində istifadə olunmamasını təmin etmək üçün Federal Aviasiya Administrasiyası (FAA) ilə əlaqələndirəcək. (Konkret)