Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəhbəri Ayxan Hacızadə “Əl-Cəzirə” telekanalına Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı müsahibə verib.
Ayxan Hacızadə bu barədə öz “X” kanalında paylaşım edib.
O, regiondakı son vəziyyət və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyası ilə bağlı həyata keçirilən tədbirlər barədə danışıb.
“Bildiyiniz kimi, bir neçə gün əvvəl davamlı hərbi eskalasiya və Azərbaycan hərbçilərinə, o cümlədən mülki vətəndaşlarına qarşı hücum baş verib. Bu səbəbdən də Azərbaycan Silahlı Qüvvələri tərəfindən separatçılara qarşı antirerror tədbirləri həyata keçirilib. BMT Təhlükəsizlik Şurasında vəziyyətlə əlaqədar hər iki ölkənin xarici işlər nazirləri, həmçinin BMT-yə daxil olan digər üzvlərin iştirakı ilə iclas keçirilib”, – deyə Ayxan Hacızadə müsahibəsində bildirib.