• 22 Noyabr 2024 13:35

Bu ölkədə 3 ildir ki, ictimai nəqliyyat PULSUZDUR

Qərbi Avropa ölkəsi Lüksemburqda 3 ildir ki, ictimai nəqliyyat pulsuzdur.

32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə sərnişinlər bilet almadan və şəxsiyyət vəsiqəsi göstərmədən ölkə daxilində qatar, tramvay və avtobuslardan pulsuz istifadə edə bilirlər.

Belə ki, 640 min əhalisi olan ölkədə təkcə vətəndaşlar deyil, həm də hər il ölkəyə gələn milyonlarla turist üçün də ictimai nəqliyyat pulsuzdur.

Məlumata əsasən Belçika, Almaniya və Fransa kimi qonşu ölkələrdən işləmək məqsədilə hər gün Lüksemburqa gedənlər də sözügedən şəraitdən yararlanır.

Qeyd edək ki, ölkədə qanun 1 mart 2020-ci ildən qüvvədədir.

Tacxeber.com

Oxşar xəbərlər