İrəvanın mərkəzində polis Ermənistanın baş naziri Nikol Paşinyanın istefasına etiraz edən onlarla insanı saxlayıb.
Armenian News xəbər verir ki, saxlanılanlar arasında Ermənistanın eks-prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan da var.
“Qırmızı-qara beretlər” adlanan xüsusi təyinatlı polis qüvvələri İrəvanın mərkəzi küçələrində nəqliyyatın hərəkətinə mane olmağa çalışan hər kəsi kütləvi şəkildə saxlayır, maşınlara mindirir və polis bölmələrinə aparır.
İrəvanda Paşinyana qarşı etirazlar səngimir, şəhərin müxtəlif yerlərində, o cümlədən hökumət binası qarşısında davam edir. Onlar Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda başlayıblar. (Yenisabah)