DİA.AZ: – Keçən günlərdə FHN şefi Kəmaləddin Heydərova sığınan Qəbələnin icra başçısı Səbuhi Abdullayevin Şəhid ailəsinin haqqına girməsi ilə bağlı giley dolu yazını təqdim etdik və bu olaya yerli RİH-dən müsbət reaksiya verildiyi söylənildi. Amma sonradan aydın oldu ki, Qəbələnin icra başçısı ənənəsinə uyğun olaraq yenə də Şəhid ailəsini aldadıb.
Yazıdan aydın olurdu ki, hazırda Mingəçevirdə yaşayan Şəhid ailəsi Qəbələdə onlara dövlət tərəfindən ayrılmış torpaq sahəsinin zəbt olunmasını bu günlərdə biliblər. Bu işin altında isə icra başçısı Səbuhi Abdullayevin imzası var.
Redaksiyamıza şikayət edən şəhid ailəsi Gülmayə Mövsümovanın üzləşdiyi problemlə bağlı ölkə rəhbərliyinə müraciət edərək, Prezidentdən kömək istəyir.
DİA.AZ-da açıqlama verən Şəhid ailəsi qeyd edir ki, buna paralel olaraq Qəbələnin icra başçısını məhkəməyə də verməyə hazırlaşır.
Məsələ diqqətimizdədir. Qarşı tərəfi sözü olarsa, dinləməyə haazırıq…