• 24 Noyabr 2024 21:55

Yaşar Gülər: “Antiterror tədbirləri ilə Qarabağda bütün mənzərə bir gündə dəyişdi”

Yaşar Gülər: “Antiterror tədbirləri ilə Qarabağda bütün mənzərə bir gündə dəyişdi”

“Azərbaycanın antiterror tədbirləri nəticəsində Qarabağda bütün mənzərə bir gündə dəyişdi”.

Tacxeber.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Milliyət”ə müsahibəsində deyib.

O bildirib ki, Ermənistan 2020-ci ildə 44 günlük müharibədən sonra imzalanan sənədin şərtlərinə əməl etməli idi: “Amma belə olmadı. Ermənilər son vaxtlar, demək olar, hər gün təxribat törədirdilər. Xəbərdarlıqlara rəğmən, Ermənistanın ritorikasında nə isə dəyişmədi. Nəticədə 44 günlük müharibədə olduğu kimi, azərbaycanlı qardaşlarımız qarşı tərəfə layiqli cavabı verdi”.

Y.Gülər vurğulayıb ki, Azərbaycan Ordusunun antiterror tədbirləri nəticəsində qarşı tərəf təslim olmağa məcbur olub: “Rusiya tərəfi həmin ərazilərin Azərbaycana aid olduğunu söylədi və düzgün mövqe ortaya qoydu. Ermənistan baş naziri Nikol Paşinyan Qarabağdakı qanunsuz hərbi birləşmələrlə əlaqəsinin olmadığını deyir. Elə isə onları kim dəstəkləyir? İnşallah, baş verənlər sülh istiqamətində addım olar. Ümid edirəm ki, Ermənistan öhdəliklərinə əməl edər və regiona sülh gələr”.

Nazir vurğulayıb ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.

O xatırladıb ki, tərəflər arasında müttəfiqliyi nəzərdə tutan “Şuşa Bəyannaməsi” imzalanıb: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğan bütün dünyanın gözü qarşısında deyib ki, Türkiyə Azərbaycanın yanında olacaq. Antiterrot tədbirləri başlayanda da Azərbaycana dəstəyimizi ifadə etdik”.

Tacxeber.com

Oxşar xəbərlər