• 26 Noyabr 2024 10:28

Mədəaltı vəz xərçənginin üzdə əlamətləri – Onkoloqdan

Ən ölümcül, səssiz qatil adlandırılan mədəaltı vəz xərçəngi simptomsuz başladığı üçün həkimlər hər əlamətə diqqətli olmağa çağırır.

“Medicina” xəbər verir ki, onkoloq Andrey Vorobyov güzgüdə üzə baxmaqla mədəaltı vəz xərçəngindən şübhələnməyin mümkünlüyünü açıqlayıb.

“Bu orqanda xərçəng özünü o vaxt büruzə verir ki, artıq 3-cü mərhələni keçib. Demək olar ki, nadir halda ilk mərhələdə yaxalamaq olur.

Birinci olmasa da, ikinci dərəcədə əlamətlərdən birini üzdə görmək olar.

Bu üzdə sarılıqdır. İnsanın üzü və göz ağı sarı rəng alır. Xüsusən tünd qaraşın, qəhvəyi dərili insanlarda bu az hiss olunur.

Ağrısız, heç bir simptomsuz sadəcə sarılıq artıq siqnal ola bilər.

Bu zaman orqanizmdə bilirubin normadan artıq toplanır.

Çünki mədəaltı vəz xərçəngində şiş öd axarlarını bloklaya bilir.

Digər əlamətlər çəki itkisi, iştahsızlıq, kürək və qarında ağrılar və qəfil diabetin başlanmasıdır”.

Tacxeber.com

Oxşar xəbərlər