Bu gün İranın onlarla zirehli texnikası və yüzlərlə repressiv hərbi qüvvəsi Zahidan şəhərində təhlükəsizlik tədbirləri görmək bəhanəsi ilə şəhərdə yerləşdirilib.
Tacxeber.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında xəbər verilib.
Son günlər Zahidan şəhərində bir sıra etirazçı polis tərəfindən həbs edilib.
Qeyd edək ki, Zahidanda “Qanlı Cümə” faciəsinin ildönümü yaxınlaşdıqca repressiv hökumət qüvvələri burada fəaliyyətlərini artırır.