İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian rusiyalı həmkarı Sergey Lavrov ilə müxtəlif regional və ikitərəfli məsələlər ətrafında danışıqlar aparıb.
Tacxeber.com xəbər verir ki, danışıqlar Nyu-Yorkda BMT Baş Assambleyasının illik sessiyası çərçivəsində baş tutub.
Xarici işlər orqanlarının rəhbərləri qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Cənubi Qafqaz regionunda və Qarabağda vəziyyətin inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.