Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin digər rəsmi şəxslərilə birlikdə basketbol oynayıb.
Oyun prezident iqamətgahının idman kompleksində baş tutub.
Görüntüləri matçda iştirak edən Ədalət və İnkişaf Partiyasının Bursa millət vəkili Mustafa Varank paylaşıb.
Oyunda onunla bərabər gənclər və idman naziri Osman Aşkın Bak, onun müavini Həmzə Yerlikaya, əmək və sosial müdafiə naziri Vedat İşıkhan, MİT sədri İbrahim Kalın, Prezident Aparatının Kommunikasiyalar idarəsinin direktoru Fahrettin Altun, millət vəkilləri Mövlud Çavuşoğlu, Mehmet Muharrem Kasapoğlu, Mustafa Varank və Alpay Özalan, Türkiyə Basketbol Federasiyasının sədr müavini Ömər Onan iştirak ediblər.