“Qəsbkarlar Ukrayna müdafiə qüvvələrinin irəliləməsini dayandırmaq üçün öz ehtiyatlarını yenidən bölüşdürməyə məcburdur…”
“Rusiyanın 25-ci diviziyası 2024-cü ilədək döyüş qabiliyyətli olmayacaq…”
Ukrayna Silahlı Qüvvələri işğalçıları məhv edir, düşmən 3-cü ordu korpusunu formalaşdırmağa cəhd edib, lakin demək olar ki, dərhal onun böyük hissəsini itirib.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri nöbvəti hesabatında bəyan edib
Analitiklər qeyd edir ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) eyni zamanda Baxmut rayonunda və ölkənin cənubunda hücum əməliyyatları Rusiyanın işğalçı qoşunlarına əlavə qüvvələr formalaşdırmağa imkan vermir.
Hesabatda deyilir ki, qəsbkarlar öz yeni ehtiyatlarını Müdafiə Qüvvələrinin irəliləməsini dayandırmaq üçün yenidən bölüşdürməyə məcburdur.
Analitiklər Rusiya müdafiə naziri Sergey Şoyqunun iyunun sonunda nazirliyin “ehtiyat ordu” formalaşdırdığı barədə bəyanatını xatırladıb.
Onların fikrincə, söhbət, ehtimal ki, mayın ortasında Uzaq Şərqdən şəxsi heyətin toplanmasının başlanılmasından gedir.
Onun formalaşdırılması, ehtimal ki, Şoyqunun 2026-cı ilədək qüvvələrin irimiqyaslı restrukturizasiyasını keçirimək niyyətinin bir hissəsi olub.
Eyni zamanda, bu qüvvələrdən döyüş və müdafiə əməliyyatlarında istifadə edilməsi Rusiya ordusunun uzunmüddətli bərpası və genişləndirilməsi üçün nəzərdə tutulan ehtiyatların xərclənməsinə gətirib çıxara bilər.
“Rusiyanın hərbi komandanlığı, ehtimal ki, həmçinin hazırda 25-ci alayı tam komplektləşdirməyi və ya kifayət qədər təlim keçməyi bacarmayıb”, – hesabatda deyilir.
Ukrayna MN Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun sözlərinə görə, Rusiyanın formalaşdırılması başa çatmayan 25-ci ordusunda 15 min hərbçi var, hərçənd, oraya müqavilə üzrə 30 min hərbçi cəlb etməyə ümid edilib.
Ukraynalı hərbçilərin dəyərləndirməsinə görə, 25-ci diviziya ən azı 2024-cü ilədək döyüş qabiliyyətli olmayacaq.
“Rusiya əvvəllər 2022-ci ilin yayında ehtiyat qüvvələri kimi 3-cü ordu korpusunu formalaşdırmağa cəhd edib, lakin 2022-ci ilin payızında bu pis hazırlıqlı birləşmənin böyük hissəsini Ukraynanın əkshücumundan müdafiəsi üçün cəlb edib və itirib”, – analitiklər vurğulayıb.
Ukraynada müharibə-Rusiyanın itkiləri
23 sentyabrın səhərinə olan vəziyyətə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsində itkiləri təxminən 275 min nəfərə çatıb, təkcə son sutkara 510 qəsbkar məhv edilib.
Hərbi-siyasi icmalçı Aleksandr Kovalenko USQ-nin yeni rekordlarını proqnozlaşdırıb, çünki Rusiyanın Ukraynada itkiləri sürətlə artır.
Bu zaman “Tavriya” operativ-strateji qoşun qruplaşmasının komandanı Aleksandr Tarnavski bəyan edib ki, qış mövsümü Kiyevin hücumunu dayandırmayacaq, ən böyük irəliləyiş hələ qarşıdadır.