Azərbaycanda tətbiq mağazalarında ən çox yüklənən tətbiqlər VPN-lərdir.
Tacxeber.com xəbər verir ki, bunu IT sahəsi üzrə ekspert Fərid Pərdəşünas deyib.
O bildirib ki, təkcə “Play Store”da ən çox yüklənən tətbiqdən ilk 20 yerin 17-də VPN var:
“Azərbaycanda hərbi əməliyyatlara görə təkcə “TikTok” bloklanmışdı. Təəssüf ki, bu qədər insanın VPN-ə üz tutmasından sonra tətbiq mağazaları da müvəqqəti bloklandı”.
“Hazırda ən aktiv sosial media platforması Azərbaycanda “TikTok”dur. Bu platformanın ümumi bloklanmasını arzu etmək isə absurddur. Bu sadəcə cəmiyyətimizin güzgüsüdür, platformada günah yoxdur. Bugün “TikTok” bir çoxları üçün oksigen, qida kimi vacibdir”.