• 22 Sentyabr 2024 01:28

Putin Şoyquya bir ay vaxt verdi

Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukrayna silahlı qüvvələrinin əks-hücumunu dayandırmaq üçün oktyabr ayına qədər vaxt verib.

Bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Kremldəki daxili mənbə iddia edir ki, Putin guya Rusiya müdafiə naziri Şoyquya cəbhədəki vəziyyəti yaxşılaşdırmaq, Ukraynanın əks-hücumlarını dayandırmaq və təşəbbüsü Rusiya qoşunlarına qaytarmaq üçün 2023-cü ilin oktyabr ayının əvvəlinə qədər bir aylıq möhlət verib. Bununla da Rusiya hərbi komandirləri Ukraynanın əks-hücumunu bitirmək ümidi ilə davamlı hücum əmri verə bilərlər – hətta bu, Rusiyanın hərbi imkanlarına baha başa gəlsə belə. Putin və Kreml Rusiyanın müdafiə əməliyyatlarını döyüş meydanında böyük qələbə kimi təqdim edir. Və Rusiyanın davamlı əks-hücumları Kremlə imkan verir ki, bu əməliyyatları ölkənin başqa yerlərdə uğur qazana bilməməsi fonunda tək qələbə kimi qələmə versin. Ola bilsin ki, Putin Qərbin əhəmiyyətli dəstəyinə baxmayaraq, Ukrayna əks-hücumlarının heç bir taktiki və ya əməliyyat effekti əldə etmədiyi illüziyası yaratmaq üçün Rusiya hərbi komandirlərinə bütün ilkin müdafiə mövqelərini saxlamağı əmr edib. Lakin bu kampaniya yalnız Rusiya qoşunları faktiki olaraq Ukrayna qüvvələrinin geniş əraziləri azad etməsinin qarşısını ala biləcəyi təqdirdə uğur qazana bilər”, – məlumatda deyilir. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər