Qənirə Paşayevanın səhhəti… – Köməkçisi danışdı
“Hazırda Qənirə Paşayevanın səhhəti ilə bağlı əlavə bir bilgimiz yoxdur. Ötən gün həkimlərinin mediaya açıqlamasından başqa əlavə bir məlumat verilməyib”.
Bunu Teleqraf.com-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın köməkçisi Elbəy Bədirov deyib.
O qeyd edib ki, xanım deputatın səhhətinin hansı durumda olması ilə bağlı onun yanında olan əməkdaşlardan məlumat ala bilir: “Amma hələ ki, yeni bir məlumat yoxdur. İnşallah ki, yaxşı olar. Yaxınlarından, qohumlarından da əlavə bir bilgi almamışıq”.